[b]“Zirə” bu gün yeni transferi ilə müqavilə imzalayacaq[/b]
09.02.2018 - 18:44
Moldova milli komandasının futbolçusu Aleksandr Dedovun “Zirə”yə nə vaxt qoşulacağı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi bu gün axşam saatlarında paytaxt təmsilçisinin düşərgəsində olacaq.
Son klubu “Milsami” olan Dedov yeni komandası ilə 1,5 illik müqavilə imzalayacaq. Sabah Azərbaycan Premyer Liqasında “Sumqayıt”la qarşılaşacaq “Zirə” yeni oyunçusunu bu matça sifariş etməyi çatdırmayacaq. Aleksandr yalnız XVI turda Azərbaycan çempionatında debüt edə bilər.
Qeyd edək ki, Dedov Moldova millisində 43 oyun keçirib, 3 qol vurub.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0