[b]“Zirə” "sönmüş ulduz"la anlaşdı[/b] - FOTO
03.06.2015 - 17:58
[b]“Zirə” "sönmüş ulduz"la anlaşdı[/b] - FOTO

Növbəti mövsüm Topaz Premyer Liqasında çıxış edəcək “Zirə” klubu heyətinə yeni futbolçular qatıb. Apasport.az saytı xəbər verir ki, bu günlərdə Adil Nağıyevlə anlaşan debütant daha 2 oyunçu ilə münasibətləri rəsmiləşdirib.

 

Klubun mətbuat xidmətindən verilən məlumata görə, “Zirə” AZAL-ın üzvləri, artıq "sönmüş ulduz" təsiri bağışlayan Rəşad Abdullayev və Kamal Bayramovu heyətinə cəlb edib.

 

Həm 34 yaşlı Abdullayev, həm də 30 yaşlı Bayramovla 1 illik müqavilə imzalanıb.