[b]“Zirə” və “Keşlə”də itki[/b]
26.02.2018 - 10:02
[b]“Zirə” və “Keşlə”də itki[/b]

Azərbaycan Premyer Liqasının XVII turu iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, “Keşlə” Fuad Bayramovun, “Zirə” İlkin Muradovun xidmətindən məhrum olub.

 

Hər iki oyunçu bir matçlıq cəzaya məruz qalıb. “Neftçi” ilə görüşdə (1:1) ikinci sarı vərəqə üzündən meydandan qovulan Muradov XVIII turu buraxmalı olacaq. Bayramov isə “Sumqayıt”la matçda (1:2) aldığı sarı vərəqə ilə xəbərdarlıq sayını 4-ə çatdırıb.

 

Maraqlıdı ki, itki ilə üzləşən komandalar növbəti turda üz-üzə gələcək. Martın 4-dəki qarşılaşmada “Zirə” “Keşlə”ni qəbul edəcək.