[b]“Zirə”nin “11-i”[/b]
28.04.2018 - 00:37
“Zirə”nin qələbəsiz oyunlar seriyası 11-ə çatıb. Apasport.az saytının məlumatına görə, XXV turda “Qarabağ”a 1:2 hesabı ilə uduzan Ayxan Abbasovun komandası 2018-ci ildə qələbə üzünə həsrətdi.
Paytaxt komandası sonuncu dəfə XIV turda qalib gəlib. 2017-ci il dekabrın 3-də “Səbail”lə səfər matçında 1:0 hesabına sevinən bakılılar sonrakı 11 görüşün 5-də heç-heçə edib, 6-da məğlubiyyət alıb.
Qeyd edək ki, “Zirə” son 11 turda “Sumqayıt” (1:1), “Qəbələ” (1:2, 1:1), “Neftçi” (1:1, 0:3), “Keşlə” (1:2, 1:2), “Qarabağ” (0:2, 1:2), “Səbail” (1:1) və “Kəpəz”lə (0:0) qarşılaşıb.
0
0