[b]“Zirə”nin futbolçusundan antirekord[/b]
01.04.2018 - 16:17
[b]“Zirə”nin futbolçusundan antirekord[/b]

“Zirə”nin futbolçusu Milan Duriç antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, serbiyalı legioner Azərbaycan Premyer Liqasının cari mövsümündə ən çox sarı vərəqə alan oyunçu adına yiyələnib.

 

Milan XXI turun bu gün “Kəpəz”lə səfərdə keçirilən görüşündə də “fərqlənib”. Bu, Duriçin cari çempionatda 7-ci xəbərdarlığıdı.

 

Bununla da “Zirə”nin oyunçusu 6 sarı vərəqə alan digər 4 futbolçunu arxada qoyub. Bəxtiyar Həsənalızadə (“Sumqayıt”), Şəhriyar Əliyev (“Kəpəz”), Tamazi Tsetsxaladze və Elton Yaqublu (hər ikisi “Səbail”) “lider”in bir addımlığındadı.