Azərbaycan Premyer Liqasının XV turunda “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Apasport.az saytının məlumatına görə, bu oyun tərəflər arasında 11-ci qarşılaşma olacaq.
Geridə qalan 10 oyunun 5-ində hazırkı meydan sahibləri qələbə qazanıblar. “Kimyaçılar” isə 3 görüşdə 3 xalı bayram edib. Daha iki matçda isə qalib müəyyənləşməyib.
Qarşılaşma haqqında daha bir maraqlı məqam iki komanda arasındakı son 4 oyunda “Zirə”nin meydanı qolsuz tərk etməməsidir. Ayxan Abbasovun komandası axırıncı iki ev matçında da qalib gəlib.
İkili arasındakı son matçda isə “Sumqayıt” qələbəyə sevinib.
Qeyd edək ki, geridə qalan 14 oyundan sonra “Zirə” 30 xalla turnir cədvəlinin 3-cü, ondan 10 xal geri qalan “Sumqayıt” isə 4-cü pillədə qərarlaşıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA