[b]“Zirə”nin növbəti dəyişikliyi[/b]
27.01.2018 - 11:49
Antalyada təlim-məşq toplanışında olan “Zirə” bu gün yoxlama oyununa çıxacaq. Apasport.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, “Volentaru” ilə matçın başlama saatında dəyişiklik edilib.
Təmsilçimizin Rumıniya klubu ilə oyunu Bakı vaxtı ilə saat 17:00-a planlaşdırılırdı. Lakin tərəflər arasında razılığa görə, qarşılaşma bir saat tez - 16:00-da start götürəcək.
Qeyd edək ki, “Zirə” öncədən Polşa “Krakoviya”sı ilə qarşılaşmağı planlaşdırsa da, sonradan “Volentaru” ilə anlaşmışdı.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0