[b]“Zirə”nin öz “zirvə”si[/b]
27.02.2018 - 10:14
[b]“Zirə”nin öz “zirvə”si[/b]

Azərbaycan Premyer Liqasının XVII turundan sonra çempionatın intizam cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Neftçi” ilə qarşılaşmada 2 sarı, 1 qırmızı vərəqə alan “Zirə” çempionatın ən intizamsız komandası adını daşıyır.

 

Qəsəbə klubunun hesabında hamıdan çox – 45 cərimə xalı var. 17 turda 42 sarı və 1 qırmızı vərəqə alan bakılılar bu göstəricidə “zirvə”nin vahid sahibidi.

 

“Sumqayıt” 39, “Qəbələ” 41 xala malikdi. Düzdü, ən çox qırmızı vərəqə alan komandalar “Neftçi” və “Qarabağ”dı. Amma “sarı”lardan doymayan zirəlilər ümumi cərimə xalında ən intizamsızdı.

 

Əks qütbdə isə “Keşlə” yer alıb. 2 qırmızı vərəqəsi də olan bakılılar hamıdan az cərimə xalına malikdi. Yalnız iki komanda – “Səbail”lə “Sumqayıt” azlıqda qalmayıb. Amma qırmızı vərəqə almayan bu klubların cərimə xalları “Keşlə”dən çoxdu.

 

Qeyd edək ki, cari mövsümdə ümumilikdə 260 sarı və 12 qırmızı vərəqə göstərilib.

 

klublar

sarı

qırmızı

xal

1

Keşlə

24

2

30

2

Səbail

32

0

32

3

Qarabağ

25

3

34

4

Kəpəz

34

1

37

5

Neftçi

29

3

38

6

Sumqayıt

39

0

39

7

Qəbələ

35

2

41

8

Zirə

42

1

45

 

Cəmi

260

12

296