[b]“Neftçi” sabah finalçı ilə qarşılaşacaq[/b]
15.06.2014 - 23:37
Türkiyənin Bolu şəhərində yeni mövsümə hazırlıqları davam etdirən "Neftçi" sabah yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar”ın ilk rəqibi Gürcüstan kubokunun finalçısı “Çixura” olacaq. Oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Qeyd edək ki, hazırlığın Bolu mərhələsi çərçivəsində “Neftçi”nin daha 2 yoxlama görüşü nəzərdə tutulub.
0
0