“Real”ın hücumçusu Kriştianu Ronaldo İspaniya La Liqasında antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin forvardı ölkə çempionatının XXIII turu çərçivəsində “Santyaqo Bernabeu” stadionunda “Deportivo” ilə görüşdə fərqlənə bilməyib.
2:0 hesabı ilə “Kral klubu”nun xeyrinıə başa çatan matçda 23-cü dəqiqədə İsko və 73-cü dəqiqədə Kərim Benzema azarkeşlərini sevindirib.
Bununla da Ronaldo La Liqada ilk dəfə 4 il ərzində ardıcıl meydanı qol vurmadan tərk edib. Bu turlardan öncə o, “Sevilya” (2:1) və “Atletiko” (0:4) ilə görüşlərdə də fərqlənməyi bacarmayıb.
Kriştianu sonuncu dəfə belə halla 2011-ci ilin fevralında üzləşib. “Espanyol” (1:0), “Levante” (2:0) və “Deportivo” (0:0) ilə qarşılaşmalarda rəqib qapıçılarını cəzanadıra bilməyib. Lakin portuqaliyalı növbəti “Malaqa” ilə oyununda komandasının 7:0 hesabı ilə qalib gəldiyi matçda het-trik edib.
Qeyd edək ki, “Real” İspaniya çempionatının XXIV turunda səfərdə “Elçe” ilə oynayacaq. Görüş fevralın 22-də baş tutacaq.