[b]“Qarabağ”a hörmətlə yanaşırıq, amma..."[/b] - "Anderlext" rəsmisi
30.09.2015 - 12:11
[b]“Qarabağ”a hörmətlə yanaşırıq, amma..."[/b] - "Anderlext" rəsmisi

“Qazaxıstan və Azərbaycan kimi ölkələrin futbolunda son illər inkişaf hiss olunur”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Anderlext” klubunun meneceri Herman van Holsbek deyib.

 

Ölkəsinin mətbuatına açıqlama verən van Holsbek Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”la keçirəcəkləri oyuna toxunub.

 

O, Ağdam klubu haqda müsbət fikirlər səsləndirməklə yanaşı, qələbədən başqa nəticəyə qane olmayacaqlarını bildirib: “Biz “Qarabağ” da daxil olmaqla, istənilən rəqibə hörmətlə yanaşırıq. Ancaq bu, sabahkı qarşılaşmada xal itirməyimizə əsas vermir. Heç bir bəhanəmiz olmamalıdı, qələbə qazanmalıyıq. Avropa arenasında irəliləmək üçün hər oyuna qələbə məqsədilə çıxmaq lazımdı. Kağız üzərində adların heç bir fərqi yoxdu, istər “Qarabağ” olsun, istərsə də “Monako” və ya “Tottenhem”.

 

Van Holsbek vaxtilə “Anderlext”in formasını geyinmiş, hazırda isə “Qarabağ”ın uğurları üçün çalışan Reynaldo Silva və Samuel Armenteros haqda da danışıb: “Anderlext”in formasını geyinmiş bütün futbolçular həmişə motivasiyalı olurlar, özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Odu ki, Reynaldo və Armenterosun “Qarabağ”dakı inamlı çıxışı məni təəccübləndirmir”.