[b]"Bavariya"nın üzvü əməliyyat olundu[/b]
27.02.2018 - 00:55
Almaniya çempionatının XXIV turunda "Herta" ilə matçda (0:0) zədələnən "Bavariya"nın futbolçusu Kinqsli Koman əməliyyat olunub. Apasport.az-ın məlumatına görə, bu barədə Münhen klubunun rəsmi saytı xəbər yayıb.
Bildirilir ki, tibbi müayinədən sonra fransalı oyunçunun sol dabanından xəsarət aldığı müəyyənləşib. Nəticədə Koman əməliyyat edilmək məcburiyyətində qalıb.
21 yaşlı futbolçunun bir neçə həftəlik sıradan çıxdığı qeyd olunub. Onun yaşıl meydanlara konkret nə vaxt qayıdacağı isə hələ bilinmir.
0
0