[b]"Çelsi" ispaniyalıdan imtina edir[/b]
28.02.2018 - 23:11
[b]"Çelsi" ispaniyalıdan imtina edir[/b]

Baş məşqçi axtarışlarını davam etdirən "Çelsi"nin Luis Enrike ilə danışıqları bir nəticə vermir. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, buna səbəb ispaniyalı mütəxəssisin yüksək məbləğdə maaş istəməsidi.

 

Belə ki, Luis Enrike "zadəganlar"dan "Barselona"da aldığı maaşı, yəni illik 16,5 milyon funt-sterlinq tələb edib. Lakin London təmsilçisi buna razılıq verməyib. Maraqlıdı ki, hazırkı baş məşqçi Antonio Kontenin illik məvacibi 9,5 milyon funt-sterlinqdi ki, italiyalı bununla klub tarixinin ən yüksək ödənişli çalışdırıcısıdı.

 

Əgər Luis Enrike tələb etdiyi məbləğdə endirimə getməsə, "Çelsi" mövsümün sonunda başqa variantlara əl atacaq.