[b]AÇ-2016: Azərbaycan yığmasının uğursuz cəhdləri[/b]
06.05.2016 - 16:29
[b]AÇ-2016: Azərbaycan yığmasının uğursuz cəhdləri[/b]

Fransada keçiriləcək Avropa çempionatının startına 35 gün qalıb. Apasport.az saytı qitənin ən nüfuzlu turniri ilə bağlı silsilə yazılarını millimizlə davam etdirir.

 

İlk rəsmi matçında 1992-ci ildə çıxan yığmamız seçmə mərhələlərə məhz AÇ-lərdən başlayıb. AÇ-1992-yədək ən yaxşı futbolçularımız SSRİ yığmasının heyətində düşüb, bu həyəcanı yaşamaq arzusunda olub.

 

1994-cü il sentyabrın 7-də Buxarestdə Rumıniyaya qarşı keçirilən matç Azərbaycan üçün ilk seçmə oyunu oldu. 0:3 hesabı ilə uduzan Ağasəlim Mircavadovun yetirmələri AÇ-1996-ya start verdi. Yığmamızın ilk qolu da həmin tsikldə vurub. 1995-ci il martın 29-da Slovakiya ilə Koşitsedəki matçda Nazim Süleymanov rəqib qapısına yol tapıb. İlk xal isə mərhələnin sonunda Polşa ilə görüşdə qazanılıb – 0:0. Ev oyunlarını vətəndən kənarda – Türkiyənin Trabzon şəhərində keçirən komandamız tsikli elə həmin 1 xalla başa vurub. Debüt mərhələsi Fransada qeydə alınan Oser faciəsi ilə də əlamətdar olub. Bu, millimizin AÇ-lərdəki 6 cəhddən 1-cisi olub.

 

AÇ-1996

1994

7 sentyabr. Buxarest. AÇ. Rumıniya – Azərbaycan - 3:0

12 oktyabr. Mielets. AÇ. Polşa – Azərbaycan - 1:0
16 noyabr. Trabzon. AÇ. Azərbaycan – İsrail - 0:2
13 dekabr. Trabzon. AÇ. Azərbaycan – Fransa - 0:2

1995

29 mart. Koşitse. AÇ. Slovakiya – Azərbaycan - 4:1

26 aprel. Trabzon. AÇ. Azərbaycan – Rumıniya - 1:4
16 avqust. Trabzon. AÇ. Azərbaycan – Slovakiya - 0:1
6 sentyabr. Oser. AÇ. Fransa – Azərbaycan - 10:0
11 oktyabr. Təl-Əviv. AÇ. İsrail – Azərbaycan - 2:0
15 noyabr. Trabzon. AÇ. Azərbaycan – Polşa - 0:0

 

Millimiz AÇ-2000-də də bəzi ilklərə imza atıb. Qitə çempionatlarındakı ilk qələbəsini Lixtenşteynlə ev matçında əldə edən futbolçularımız tarixinin ən böyük hesablı nəticəsinə imza atıb – 4:0. Bundan başqa, komandamız Luiş Fiqulu Portuqaliya yığmasını da büdrətməyi bacarıb – 1:1. Amma 2-ci cəhd də faciəvi nəticələrlə yadda qalıb. 7 cavabsız qolun buraxıldığı Gimaraynş faciəsi Portuqaliyanın amansızlığı ilə əlamətdar olub. Vadutsda Lixtenşteynə ilk qələbəsinin sevincini yaşatmaq isə millimizə başıucalığı gətirməyib.

 

AÇ-2000

1998

5 sentyabr. Koşitse. AÇ. Slovakiya – Azərbaycan - 3:0
10 oktyabr. Bakı. AÇ. Azərbaycan – Macarıstan - 0:4
14 oktyabr. Vaduts. AÇ. Lixtenşteyn – Azərbaycan - 2:1

1999

26 mart. Gimaraynş. AÇ. Portuqaliya – Azərbaycan - 7:0
31 mart. Bakı. AÇ. Azərbaycan – Rumıniya - 0:1
5 iyun. Bakı. AÇ. Azərbaycan – Lixtenşteyn - 4:0

9 iyun. Buxarest. AÇ. Rumıniya – Azərbaycan - 4:0
4 sentyabr. Bakı. AÇ. Azərbaycan – Portuqaliya - 1:1

8 sentyabr. Budapeşt. AÇ. Macarıstan – Azərbaycan - 3:0
9 oktyabr. Bakı. AÇ. Azərbaycan – Slovakiya - 0:1

 

AÇ-lərdəki 3-cü cəhd də 4 il əvvəlki kimi 4 xal yığan millimiz bütün xallarını eyni komandadan aldı. İlk səfər xalını Serbiya və Monteneqroda qazanan yığmamız Qurban Qurbanovun ifasında ilk dubla da sevindi. Evdə balkanlıları məğlub edən komandamı rəqib baş məşqçi Deyan Saviçeviçin istefaya göndərilməsinə səbəb oldu.

 

AÇ-2004

2002

7 sentyabr. Bakı. AÇ. Azərbaycan – İtaliya - 0:2
12 oktyabr. Helsinki. AÇ. Finlandiya – Azərbaycan - 3:0
20 noyabr. Bakı. AÇ. Azərbaycan – Uels - 0:2

2003

12 fevral. Podqoritsa. AÇ. Serbiya və Monteneqro – Azərbaycan - 2:2

29 mart. Kardiff. AÇ. Uels - Azərbaycan - 4:0
11 iyun. Bakı. AÇ. Azərbaycan – Serbiya və Monteneqro - 2:1
6 sentyabr. Bakı. AÇ. Azərbaycan – Finlandiya - 1:2
11 oktyabr. Reco di Kalabriya. AÇ. İtaliya – Azərbaycan - 4:0
 

AÇ-2008 tarixə 2 oyunumuzun baş tutmadığı seçmə mərhələ kimi düşdü. Ermənistanla eyni qrupda olduğumuzdan bu rəqiblə matçların heç biri keçirilmədi. Nəticədə 8 komandalı qrupun iki iştirakçısı tsikli 14 deyil, 12 görüşlə tamamladı. Bütün oyunları keçirməsə də, yığmamız xal hesabında rekorunu yenilədi. Bu dəfə 5 xal qazanan millimiz yolları kifayət qədər kəsişdiyi Finlandiyanı tez-tez qarşılaşdığı məğlub etdi – 1:0. Qazaxıstanla hər iki matçda qeydə alınan heç-heçələr həm də növbəti səfər xalını gətirdi. Amma mərhələ Polşa və Serbiya ilə matçlardakı darmadağınlarla da yadda qaldı. Varşavada 5 cavabsız qol buraxan millimiz ən ağır ev yenilgisini balkanlılardan aldı – 1:6.

 

AÇ-2008

2006

2 sentyabr. Belqrad. AÇ. Serbiya – Azərbaycan - 1:0
6 sentyabr. Bakı. AÇ. Azərbaycan – Qazaxıstan - 1:1

7 oktyabr. Portu. AÇ. Portuqaliya – Azərbaycan - 3:0
11 oktyabr. Brüssel. AÇ. Belçika – Azərbaycan - 3:0

2007

24 mart. Varşava. AÇ. Polşa – Azərbaycan - 5:0
28 mart. Bakı. AÇ. Azərbaycan – Finlandiya - 1:0
2 iyun. Bakı. AÇ. Azərbaycan – Polşa - 1:3

6 iyun. Almatı. AÇ. Qazaxıstan – Azərbaycan - 1:1

13 oktyabr. Bakı. AÇ. Azərbaycan – Portuqaliya - 0:2
17 oktyabr. Bakı. AÇ. Azərbaycan – Serbiya - 1:6

17 noyabr. Helsinki. AÇ. Finlandiya – Azərbaycan - 2:1

21 noyabr. Bakı. AÇ. Azərbaycan – Belçika - 0:1

 

AÇ-2012 futbol tariximizə ən uğurlu qitə çempionatı kimi düşüb. İki qələbə qazandığımı yeganə qitə çempionatında Türkiyə və Qazaxıstanı xalsız qoymağı bacardıq. Səfərdə bütün matçlarda uduzan milli Belçika kimi rəqibi də Bakıda büdrətməyə nail olub. 2 qələbə, 10 qol və 7 xalın qeydə alındığı tsikldə alınan 4 böyükhesablı məğlubiyyət isə rekordların kölgəsində qaldı.

 

AÇ-2012

2010

7 sentyabr. Köln. AÇ. Almaniya - Azərbaycan - 6:1

8 oktyabr. Vyana. AÇ. Avstriya - Azərbaycan - 3:0
12 oktyabr. Bakı. AÇ. Azərbaycan - Türkiyə - 1:0

2011

29 mart. Brüssel. AÇ. Belçika – Azərbaycan - 4:1

3 iyun. Astana. AÇ. Qazaxıstan – Azərbaycan - 2:1

7 iyun. Bakı. AÇ. Azərbaycan – Almaniya - 1:3

2 sentyabr. Bakı. AÇ. Azərbaycan – Belçika - 1:1

6 sentyabr. Bakı. AÇ. Azərbaycan – Qazaxıstan - 3:2

7 oktyabr. Bakı. AÇ. Azərbaycan – Avstriya - 1:4

11 oktyabr. İstanbul. AÇ. Türkiyə - Azərbaycan - 1:0

 

Fransa-2016-ya vəsiqələr uğrunda mübarizəni 6 xalla tamamlayan komandamız tarixinin 2-ci nəticəsini göstərdi. Yeganə qələbəsini Malta üzərində əldə edən (2:0) millimiz bu rəqibə səfərdə də uduzmadı – 2:2. Komandamız Xorvatiya ilə ev, Norveçlə səfər matçlarında da qolsuz heç-heçəyə sevindi. 4 oyunluq məğlubiyyətsizlik və 3 matçlıq quru seriya da AÇ-2016-da qeydə alınan müsbət nəticələr oldu. Osiyekdə Xorvatiyadan buraxılan 6 qol isə tsikldəki ən ağır məğlubiyyət idi.

 

AÇ-2016

2014

9 sentyabr. Bakı. AÇ. Azərbaycan – Bolqarıstan - 1:2

10 oktaybr. Palermo. AÇ. İtaliya – Azərbaycan - 2:1

13 oktaybr. Osiyek. AÇ. Xorvatiya – Azərbaycan - 6:0

16 noyabr. Bakı. AÇ. Azərbaycan – Norveç - 0:1

2015

28 mart. Bakı. AÇ. Azərbaycan – Malta - 2:0

12 iyun. Oslo. AÇ. Norveç – Azərbaycan - 0:0

3 sentyabr. Bakı. AÇ. Azərbaycan – Xorvatiya - 0:0

6 sentyabr. Ta-Qali. AÇ. Malta – Azərbaycan - 2:2

10 oktyabr. Bakı. AÇ. Azərbaycan – İtaliya - 1:3

13 oktyabr. Sofiya. AÇ. Bolqarıstan – Azərbaycan - 2:0

 

Bir sözlə, 22 il əvvəl debüt etdiyi AÇ-lərdə 6 tsikl keçirən yığmamız 60 matçda qüvvəsini sınayıb. 6 qələbə və 9 heç-heçəsi olan komandamız 45 dəfə azarkeşlərini məyus edib. 36 qol vuran futbolçularımız 147-ni buraxıb.

 

Turnir 

 O

 Q

 T

Yer 

Qrupda say 

AÇ-96 

10

0

1

9

2-29

1

6-cı 

6 komanda 

AÇ-2000 

10

1

1

8

6-26

4

5-ci 

6 komanda 

AÇ-2004 

8

1

1

6

5-20

4

5-ci 

5 komanda 

AÇ-2008 

12

1

2

9

6-28

5

8-ci 

8 komanda

AÇ-2012

10

2

1

7

10-26

7

5-ci

6 komanda 

AÇ-2016

10

1

3

6

7-18

6

5-ci

6 komanda

Cəmi

60

6

9

45

36-147

27

 

 

 

0