[b]DÇ-2016: Yığmamızın rəqibləri mayın 19-də bəlli olacaq?[/b]
13.04.2016 - 15:50
[b]DÇ-2016: Yığmamızın rəqibləri mayın 19-də bəlli olacaq?[/b]

Azərbaycan millisinin futzal üzrə DÇ-2016-nın final mərhələsindəki rəqibləri mayın 19-da bəlli olacaq. Apasport.az saytının məlumatına görə, Kolumbiyada təşkil olunacaq sayca 8-ci mundialın püşkatma mərasimi Medelin şəhərində baş tutacaq.

 

Bu, yarışın Əsasnaməsinə uyğun şəkildə gerçəkləşəcək. Belə ki, final mərhələsinin açılış mərasiminə 2 ay qalmışa qədər püşkatma təşkil olunur, tədbir öncəsi isə 24 iştirakçı səbətlərə bölünür.

 

Yığmalar idman prinsipləri və coğrafi mövqeyinə əsasən səbətlərdə yer alacaq. Medelindəki püşk isə 24 komandanı 6 qrupda yerləşdirəcək. Sentyabrın 10-da start götürəcək mundialın qrup mərhələsində ilk iki yeri tutanlar və ən yaxşı nəticəyə malik 4 milli 1/8 finalda mübarizəni davam etdirəcək.

 

Final mərhələsinin qarşılaşmaları üç şəhərdə - Kali, Medelin və Bukaramanqada baş tutacaq. Artıq mundialın 16 iştirakçısı da bəllidi. Bunlar meydan sahibi Kolumbiya, Braziliya, həmçinin Argentina, Paraqvay Cənubi Amerikanı, Özbəkistan, İran, Tailand, Avstraliya, Vyetnam Asiyanı, Solomon adaları Okeaniyanı, Azərbaycan, Qazaxıstan, Rusiya, Ukrayna, İspaniya və Portuqaliya Avropanı təmsil edəcək. Sonuncu Avropa yığması bu gün müəyyənləşəcək. Digər 7 komandadan üçü Afrika, dördü KONKAKAF zonası təmsilçiləri olacaq.

 

Qeyd edək ki, indiyədək Braziliya 5, İspaniya 2 dəfə dünya çempionu adını qazanıb.

 

0