[b]Gəncədə qalmaqal: Pankart açan azarkeşlər stadionu tərk etdi[/b]
25.11.2017 - 16:00
[b]Gəncədə qalmaqal: Pankart açan azarkeşlər stadionu tərk etdi[/b]

Azərbaycan Premyer Liqasının XIII turunda baş tutan “Kəpəz” – “Qəbələ” matçında xoşagəlməz hal yaşanıb. Apasport.az saytının məlumatına görə, yerli azarkeşlərlə polis əməkdaşları arasında qalmaqal düşüb.

 

Buna səbəb bir qrup "Xəmsə" fanklubunu təşkil edən gəncəli fanatın açdığı pankart olub. Belə ki, pankartda yazılan “SS Düzəldəjiy” sözləri asayiş keşikçilərinin müdaxiləsinə yol açıb. Nəticədə polislə yaşanan mübahisənin ardından pankart açan azarkeşlər birinci hissədən sonra stadionu tərk ediblər.

 

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən “Kəpəz” – “Qəbələ” görüşündə qonaqlar 5:1 hesabı ilə öndədi.

0