Avropa Liqasının qrup mərhələsinin III turunda keçirilən “Slovan” (Slovakiya) – “Sparta” (Çexiya) matçı sonacan oynanılmayıb. Apasport.az saytının məlumatına görə, Bratislavada baş tutan görüşün ilk hissənin sonuna 5 dəqiqə qalmış baş hakim qarşılaşmanı dayandırıb.
Buna “Pasenki” stadionuna toplaşan azarkeşlər arasında qalmaqalın yaranması səbəb olub.
Belə ki, hesab 0:0 olarkən, qonaq komandanın azarkeşləri digər tribunaya keçərək, yerli azarkeşlərlə dava etməyə başlayıblar.
Aranın qarşıdığını görən futbolçular və məşqçilər meydanı tərk ediblər və bir çox azarkeşlər isə stadiondan qaçıblar. .
Qeyd edək ki, hazırda matçda dayandırılmış 5 dəqiqə oynanılır.