[b]Topaz Premyer Liqasında 8 komanda olsa...[/b]
16.05.2016 - 16:57
[b]Topaz Premyer Liqasında 8 komanda olsa...[/b]

Klubların lisenziyalaşmanın tələblərinə uyğun gəlməməyi üzündən növbəti mövsümdə 8 komanda ilə qalmaq təhlükəsi olan Topaz Premyer Liqası antirekorda şərik ola bilər. Apasport.az saytının məlumatına görə, yüksək liqasında 8 komandanın çıxış etməsi Avropa üçün ən aşağı göstəricidi.

 

UEFA-ya yeni üzv qəbul olunan Kosovonu da nəzərə alsaq, quruma daxil olan 55 ölkədən 54-nün öz çempionatı var. Yalnız Lixtenşteyn müstəqil çempionat keçirməyib, klublarını İsveçrə liqalarına göndərir.

 

Digər 54 liqanın cari mövsümünə - yaz-payız sistemi ilə keçirilən yarışlarda 2016, payız-yaz sistemli çempionatlarında isə 2015/16 mövsümünə nəzər salsaq, 4 ölkədə 8  komanda çıxış edib. Bunlar Andorra, Litva, Latviya və Ermənistandı. Azərbaycanda da Premyer Liqa iştirakçılarının sayı 8-ə ensə, çempionatımız bu ölkələrə çatacaq.

 

Maraqlıdı ki, qitənin digər kiçik ölkələri – hətta Cəbəllütariqlə San-Marinonun da yüksək liqasında daha çox komanda var. Digər qitələrə göz gəzdirsək, cəmi 8 komandanın elitada olduğu başqa ölkələr də var. Belələri arasında Yeni Zelandiya və İraqı da qeyd etmək olar.

 

Avropa ölkələrinin yüksək liqalarının cari mövsümündəki komanda sayı

 

Ölkə

Klub sayı

İtaliya

20

İspaniya

20

İngiltərə

20

Fransa

20

Türkiyə

18

Portuqaliya

18

Hollandiya

18

Almaniya

18

Yunanıstan

16

Serbiya

16

Rusiya

16

Polşa

16

Norveç

16

İsveç

16

Gürcüstan

16

Çexiya

16

Belçika

16

Belarus

16

San-Marino

15

Ukrayna

14

Rumıniya

14

Lüksemburq

14

Kipr

14

İsrail

14

Uels

12

Şotlandiya

12

Slovakiya

12

Şimaliİrlandiya

12

Qazaxıstan

12

Monteneqro

12

Malta

12

Macarıstan

12

İslandiya

12

İrlandiya

12

Finlandiya

12

Danimarka

12

Kosovo

12

Azərbaycan

10

Albaniya

10

Xorvatiya

10

Sloveniya

10

Moldova

10

Makedoniya

10

İsveçrə

10

Fareradaları

10

Estoniya

10

Cəbəllütariq

10

BosniyavəHersoqovina

10

Avstriya

10

Bolqarıstan

9

Litva

8

Latviya

8

Ermənistan

8

Andorra

8

Lixtenşteyn

-

 

 

0