[b]"Ələkbər Məmmədovun qızının gəlişini gözləyirik"[/b]
01.08.2014 - 17:46
"Ələkbər Məmmədovun ölümündən 2 saat öncə xəbər tutmuşam". Apasport.az saytının məlumatına görə, bu barədə sportnet.az-a AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu Kazbek Tuayev deyib.
O bildirib ki, hələlik Məmmədovun dəfni ilə bağlı məsələlərə aydınlıq gəlməyib: "Hazırda Almaniyada yaşayan qızının gəlişini gözləyirik. Dəfn məsələləri ilə AFFA-nın baş katibi Elxan Məmmədov məşğuldur".
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin üzvü və Azərbaycanın məşhur futbolçusu Ələkbər Məmmədovun meyiti bu gün mənzilindən tapılıb.
0
0