Qış fasiləsindən sonra çempionatda ilk oyununu "Səbail"ə qarşı keçirəcək "Keşlə" hazırlığını davam etdirir. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, paytaxt təmsilçisinin məşqləri "İnter Arena"da keçirilir.
Baş məşqçi Yuri Maksimov əvvəlcə yetirmələrinə gündə 2 məşq keçsə də, son 2 gündə komanda 1 məşqlə kifayətlənib. "Keşlə" "Səbail"lə oyuna bir itki ilə hazırlaşır. Belə ki, yarımmüdafiəçi Aqşin Quluzadə kollektivlə məşqlərdə iştirak etmir. Keçən ilin sonunda dizindən əməliyyat olunan gənc futbolçu hələ fərdi hazırlıqla kifayətlənir. O, bərpa prosesini tam keçdikdən sonra kollektivlə məşqlərə qoşulacaq.
Qeyd edək ki, fevralın 11-də "İnter Arena"da keçiriləcək "Keşlə" - "Səbail" matçı saat 15:00-da start götürəcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA