[b]"Növbəti mərhələyə soyuqqanlı davranan adlayacaq"[/b]
07.03.2018 - 00:25
[b]"Növbəti mərhələyə soyuqqanlı davranan adlayacaq"[/b]

"Uembli"də oynamaq şansı əldə etmək çox xoşdu. Bura qədim tarixi olan əsl futbol teatrıdı". Apasport.az saytı xəbər verir ki, bu sözlər "Yuventus"un kapitanı Canluici Buffona məxsusdu.

 

"Qoca sinyora" Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində sabah "Tottenhem"in qonağı olacaq.

 

Bu matç haqda danışan Buffon maraqlı fikirlər səsləndirib. O, rəqibi tərifləyib: "Bizi çox güclü komanda ilə cavab oyunu gözləyir. İşimiz asan olmasa da, qarşıya qoyulan tapşırığı yerinə yetirməyə hazırıq. Optimist insanam. Ümid edirəm ki, bu matç mənim Çempionlar Liqasındakı sonuncu oyunum olmayacaq. "Tottenhem"in öz tərzi var. Onlar irəli atılmağı, hücum etməyi sevirlər. Möhtəşəm görüş olacaq. Komandalar bərabər səviyyədədi. Kim soyuqqanlı davranacaqsa, o da növbəti mərhələyə adlayacaq".