Azərbaycan Premyer Liqasının XIX turunun “Neftçi” ilə qarşılaşmasında “Keşlə”nin qollarına imza atan futbolçular yubiley müəllifi olublar. Apasport.az saytı xəbər verir ki, Pərdis Fərcad-Azad Azərbaycan çempionatlarında özünün 25-ci qoluna sevinib.
O, bu rəqəmə 125-ci matçında çatıb. Pərdis 25 qoldan 3-nü “Keşlə”də, 22-ni “Sumqayıt”da vurub. Onun komanda yoldaşı Adrian Skarlatake isə 15-ci dəfə qol sevinci yaşayıb. 132-ci matçını keçirən rumıniyalı indiki klubunda 4, “Xəzər Lənkəran”da 11 dəfə fərqlənib.
Qeyd edək ki, “Neftçi” – “Keşlə” oyununda meydan sahibləri 3:2 hesabı ilə qalib gəlib.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ