Avropa Liqasının qrup mərhələsində vurulacaq növbəti iki qol “Qarabağ” üçün tarixi əhəmiyyət kəsb edəcək. Apasport.az saytının məlumatına görə, oktyabrın 1-də Bakıda Belçika “Anderlext”i ilə qarşılaşacaq təmsilçimiz üçün həm ilk, həm də ikinci top yubiley xarakteri daşıyacaq.
İndiyədək avrokuboklarda 61 oyun keçirən “Qarabağ” Azərbaycan təmsilçiləri arasında hamıdan çox – 59 qol vurub. Növbəti dəfə rəqib qapısına yol tapacaq təmsilçimiz 60-a çatacaq. Bununla, “Qarabağ” məhsuldarlıqda ən yaxın izləyicisi olan “Neftçi” (50) və “İnter”lə (33) fərqi də artıracaq.
Qollarından 8-ini Çempionlar Liqası, 2-ini İntertoto kuboku, 1-ini isə Kuboklar kubokunda vuran təmsilçimiz indi Avropa Liqası adlanan əvvəlki UEFA kubokunda 48 dəfə fərqlənib. Bu isə o deməkdi ki, “Anderlext”lə qarşılaşmadakı ikinci top bu yarışda 50-ci olacaq.
Qeyd edək ki, “Qarabağ”ın avrokuboklardakı ilk qolu Kuboklar kubokunda vurulub. Ağdamlıların Finlandiya “MüPA”sı ilə 1996-cı ildəki səfər qarşılaşmasında Bəxtiyar Musayev fərqlənib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı