[b]"Qarabağ" üçün 17 rəqib[/b]
31.05.2015 - 16:09
[b]"Qarabağ" üçün 17 rəqib[/b]

2015/16 mövsümündə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın II təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin son iki potensial rəqibi Bosniya və Herseqovina çempionu "Sarayevo" və Çernoqoriyada analoji uğuru qazanmış "Rudar" komandası olub.

 

Azərbaycan çempionu reytinqini yüksək olduğuna görə, iyunun 22-də baş tutacaq püşkatma zamanı digər 16 komanda ilə bərabər “səpələnmişlər” səbətində yer alacaq.

 

Bu isə təmsilçimizin nisbətən daha zəif rəqiblərlə qarşılaşacağı deməkdi.

 

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 14-15 iyulda, cavab qarşılaşmaları isə 21-22 iyul tarixlərində keçiriləcək.


II təsnifat mərhələsi

 

Səpələnmişlər:

"Seltik" (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), "Ludoqorets" (Bolqarıstan), "Dinamo" (Zaqreb, Xorvatiya), "Maribor" (Sloveniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Partizan" (Serbiya), "Malmö" (İsveç),"Qarabağ" (Azərbaycan), HİK (Finladniya), "Molde" (Norveç), "Mitdilland" (Danimarka), "Videoton" (Macarıstan), "Skenderbeu" (Albaniya), Polşa çempionu ("Lex" və ya "Legiya")

 

Səpələnməmişlər:

"Ventspils" (Latviya), "Dila" (Gürcüstan), "Trençin" (Slovakiya), "Jalgiris" (Litva), "Astana" (Qazaxıstan), "Milsami" (Moldova), "Vardar" (Makedoniya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Dandalk" (İrlandiya), "Hibernians" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Rudar" (Çernoqoriya)