"Qremio"nun yarımmüdafiəçisi Artur Ramosun "Barselona"ya transferi bu həftə həllini tapacaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu Braziliya klubunun prezidenti Romildo Bolzan deyib.
Onun sözlərinə görə, gənc futbolçunun keçidi bu həftə rəsmiləşəcək: "İndi yalnız transferin necə başa çatacağı məsələsi müzakirə olunur. Sənədlər hələ imzalanmayıb, amma hər şey son mərhələdədi. Sabah və ya birigün müqaviləin imzalanacağını düşünürəm. Bəzi hüquqi məsələlər qalıb, o da son mərhələdədi".
Qeyd edək ki, 2016-cı ildən "Qremio"nun formasını geyinən Artur Ramos Braziliyanın gənclər millisinin üzvüdü.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq