"Real"ın futbolçusu Kasemiro La Liqanın XXVIII turunda "Eybar" üzərindəki qələbədən sonra açıqlama verib. Apasport.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan braziliyalı yarımmüdafiəçi komanda yoldaşı Kriştianu Ronaldonu tərifləyib.
O, bugünkü görüşdə dubl edən portuqaliyalının oyunundan həzz aldıqlarını bildirib: "Məşqlərdə çox çalışmışdıq. "Eybar"ı səfərdə üstələmək üçün bunu etməyə borclu idik. Qələbəyə yolun bundan keçdiyini bilirdik. Qarşıya qoyulan tapşırığın öhdəsindən gələ bildik. Bir neçə gün öncə PSJ ilə çətin matça çıxmışdıq. Amma bu da istəyimizə çatmağa mane olmadı. Ronaldo yenə sözünü dedi. Onun oyunundan həzz alırıq. Bu cür futbolçuya sahib olduğumuz üçün şadıq".
Qeyd edək ki, "Real" "Eybar"a 2:1 hesabı ilə qalib gəlib.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ