[b]"Sumqayıt" "Qarabağ"la oyuna itkilərlə hazırlaşır [/b]
10.11.2017 - 13:19
[b]"Sumqayıt" "Qarabağ"la oyuna itkilərlə hazırlaşır [/b]

Azərbaycan Premyer Liqasının növbəti turunda səfərdə "Qarabağ"la qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün saat 11:00-da növbəti məşqini keçirib.

 

“Sumqayıt” tam heyətlə hazırlaşa bilmir. Belə ki, 4 futbolçu - Süleyman Süleymanov, Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadə U-21-in heyətində yer aldığı üçün hazırlığa nisbətən gec qatılacaq. Bundan başqa, zədəli Cavid Tağıyev və xəstə olan Amil Yunanov da bugünkü məşqdə iştirak etməyib.

 

Əvəzedici komandanın 7 futbolçusu isə əsas heyətə qoşulub. Məşqdə daha çox toplu çalışmalara üstünlük verən komanda hazırlığı kiçik meydançada ikitərəfli oyunla yekunlaşdırıb.


Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" oyunu noyabrın 17-də keçiriləcək.