[b]"Vest Hem" yeni baş məşqçi tapdı[/b]
06.11.2017 - 22:08
[b]"Vest Hem" yeni baş məşqçi tapdı[/b]

Slaven Biliçin istefaya göndərilməsindən sonra "Vest Hem"in baş məşqçisi postunu kimin tutacağına böyük ölçüdə aydınlıq gəlib. Apasport.az saytı "Sky Sports"a istinadən xəbər verir ki, bu vəzifəyə Devid Moyes gətiriləcək.

 

54 yaşlı mütəxəssisin son iş yeri "Sanderlend" olub. Bu il ayrıldığı klubdan öncə isə şotlandiyalı məşqçi "Everton", "Mançester Yunayted" və "Real Sosyedad"ı da çalışdırıb.

 

Bu təyinatın sabah rəsmən açıqlanacağı gözlənilir. Moyesin "çəkicdöyənlər"lə cari mövsümün sonuna kimi nəzərdə tutulacaq müqavilə imzalayacağı bildirilir.