"Cenoa"nın qolkiperi Mattia Perin karyerasını "Yuventus"da davam etdirməyə yaxındı. Apasport.az saytının "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, italiyalı qapıçı Turin klubuna keçməyə razılıq verib.
"Yuventus" mövsümün sonunda karyerasını bitirəcək Canluici Buffonun boşluğunu Perinlə doldurmaq niyyətindədi. Artıq "qoca sinyora" müqavilənin detallarını 25 yaşlı qolkiperin agenti ilə razılaşdırıb. Perinin 5 illik müqaviləyə imza atacağı gözlənilir. Transfer reallaşacağı təqdirdə o, ilinə 2,5 milyon avro qazanacaq.
Oyunçu ilə razılıq əldə olunsa da, "Cenoa" hələlik güzəştə getmək fikrindən uzaqdı. Belə ki, "Cenoa" "Yuventus"dan 20 milyon avro tələb edir, "Yuve" isə 12 milyon avro ödəməyə hazırdı.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI