[b]"Yuventus"un hücumçusu "Tottenhem"lə oyunu buraxacaq[/b]
06.03.2018 - 22:48
[b]"Yuventus"un hücumçusu "Tottenhem"lə oyunu buraxacaq[/b]

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində sabah "Tottenhem"in qonağı olacaq "Yuventus" matça itki ilə çıxacaq. Apasport.az UEFA-nın saytına istinadən xəbər verir ki, Mario Mandzukiçin adı Turin klubunun iştirak ərizəsinə daxil edilməyib.

 

Xorvatiyalı hücumçu "Uembli"dəki qarşılaşmaya çıxmayacaq. Buna səbəb Mandzukiçin zədəli olmasıdı.

 

Əvəzində "Yuve"nin digər forvardı Qonsalo İquain məşqlərə başlayıb və o, "Tottenhem"lə görüşdə iştirak edəcək.

 

Qeyd edək ki, bu komandaların ilk matçı 2:2 hesabı ilə nəticələnib.