Azərbaycan çempionatının XVIII turunda "Keşlə"ni qəbul edəcək "Zirə" oyuna itkilərlə çıxacaq. Apasport.az saytı xəbər verir ki, baş məşqçi Ayxan Abbasov bu görüşdə 6 futbolçunun xidmətindən yararlana bilməyəcək.
Riçard Qadze, Sadio Tounkara və İlkin Muradov cəzalı olduqları üçün "Keşlə" ilə matçda komandalarına kömək etməyəcəklər. Bu yaxınlarda zədəsini sağaldan Orxan Əliyev yenidən sıradan çıxıb. O, əvəzedici komandanın görüşündə xəsarət alıb. Orxanın sıraya dönməsi 10 gün çəkəcək.
Zədədən yeni qayıdan Anar Nəzirov və Jozef Bum isə hələ tam hazır deyil. Onların əvvəlki formalarını bərpa etmələri üçün vaxt lazımdı. Hər iki oyunçu bu tur əvəzedici heyətdə meydana çıxacaq.
Qeyd edək ki, martın 4-də keçiriləcək "Zirə" - "Keşlə" matçı saat 18:00-da start götürəcək.
- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol