"Neftçi" ilə heç-heçədən (1:1) sonra istirahətə buraxılan "Zirə" ölkə çempionatının XVIII turunda "Keşlə"ni qəbul edəcək. Apasport.az saytının məlumatına görə, qəsəbə təmsilçisi bu matçın hazırlığına sabah start verəcək.
"Zirə"nin heyətində zədəli futbolçunun olmaması məşqçilər korpusunu sevindirən məqamdı. Cəzalı olduğu üçün ötən oyunu buraxan Milan Duriç bakılılarla görüşdə komandasına kömək edə biləcək.
Əvəzində Riçard Qadze və Sadio Tounkaranın cəzası davam edir. Hər iki futbolçu "Keşlə" ilə ev matçında da meydana çıxmayacaq.
Qeyd edək ki, "Zirə" - "Keşlə" görüşü martın 4-də baş tutacaq.