[b]"Zirə"nin baş məşqçisi jurnalistlərə hörmətsizlik etdi[/b]
19.09.2016 - 22:18
[b]"Zirə"nin baş məşqçisi jurnalistlərə hörmətsizlik etdi[/b]

“Komandamız mübarizə apardı. Çalışdıq ki, 3 xal qazanaq. Amma bəzi futbolçularımız diqqətsizlik etdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov deyib.

 

Topaz Premyer Liqasının V turu çərçivəsində bu gün “Qarabağ”la keçirilən matçdan “Zirə” 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

 

Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların çalışdırıcısı nəticəni belə şərh edib: “Komandamız pis oynamadı. Bu görüşü unudub, gələn matça hazırlaşmalıyıq”.

 

"Zirə"nin baş məşqçisi reqlamenti pozaraq, mətbuat konfransına gec gəldi. Jurnalistlərə hörmətsizlik edən çalışdırıcıya media mənsubları heç bir sual ünvanlamadı.

0