İtaliya A seriyasında 2018/19 mövsümünün başlama tarixi müəyyənləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu barədə İtaliya Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Covanni Malaqo məlumat verib.
O bildirib ki, ölkə birinciliyinin təqvimində bir çox dəyişikliklər olacaq. Belə ki, avqustun 19-də start götürəcək mövsüm gələn ilin may ayının 26-dək davam edəcək. İtaliya Superkuboku matçı avqustun 12-də baş tutacaq.
Əsas yenilik qış ayları ilə bağlıdı. Belə ki, İngiltərədəki kimi, dekabrın 22-də, 26-da və 30-da turun matçları oynanılacaq. Daha sonra yanvarın 20-nə qədər fasilə yaranacaq.
İtaliyada həmçinin yay “transfer pəncərəsi” avqustun 18-də, qış transfer dönəmi isə yanvarın 19-da bağlanacaq.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq