[b]A seriyasının təxirə salınan oyunları nə vaxt keçiriləcək?[/b]
06.03.2018 - 00:54
[b]A seriyasının təxirə salınan oyunları nə vaxt keçiriləcək?[/b]

İtaliya A seriyasının XXVII turundan təxirə salınan qarşılaşmaların keçiriləcəyi tarix müəyyənləşib. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, yerli futbol federasiyası oyunları gələn aya təyin edib.

 

Dünən keçirilməli olan 7 görüş "Fiorentina"nın kapitanı Davide Astorinin ölümü səbəbindən təxirə salınmışdı. Beləliklə, "Cenoa" - "Kalyari", "Benevento" - "Verona", "Kyevo" - "Sassuolo", "Torino" - "Krotone" və "Udineze" - "Fiorentina" oyunları aprelin 3-4-də, "Atalanta" - "Sampdoriya" matçı isə 11-də baş tutacaq.

 

Yalnız "Milan"la "İnter" arasındakı qarşılaşmanın tarixi bəlli deyil. "Rossonyerlər" həmin vaxta qədər Avropa Liqasında mübarizəni davam etdirsələr, Milan derbisi başqa tarixdə oynanılacaq.