[b]Abramoviç Türkiyədə klub alır[/b]
10.11.2017 - 17:20
“Çelsi”nin sahibi Roman Abramoviç Türkiyə “bazar”ına maraq göstərməyə başlayıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, rusiyalı biznesmen “Karşıyaka” klubunun səhmlərini almaq niyyətindədi.
Bu yaxınlarda borc ucbatından xalının silinmək, hətta aşağı liqaya yuvarlanmaq təhlükəsi ilə üzləşən İzmir təmsilçisini bundan azarkeşləri xilas etmişdi. Türkiyədə Karaca adasını da almaq istəyən Abramoviçin “Karşıyaka” klubu üçün təklifinin detalları açıqlanmasa da, bunun yüksək məbləğ olduğu bildirilir.
Qeyd edək ki, “Karşıyaka” Türkiyənin II liqasında mübarizə aparır.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0