“Çelsi”ni gələn mövsümdən Pep Qvardiola çalışdıra bilər. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, London təmsilçisinin rəhbərliyi artıq ispaniyalı mütəxəssislə təmasa keçib.
Joze Mourinyonu istefaya göndərərək, baş məşqçi postuna müvəqqəti Qus Hiddinki gətirən “zadəganlar” yayda komandanı Qvardiolaya həvalə etmək niyyətindədilər. Bu məsələ ilə şəxsən məşğul olan klubun sahibi Roman Abramoviç artıq təklifini də göndərib.
Əgər Qvardiolaya “Mançester Siti”yə yox, “Çelsi”yə keçməyə razılıq versə, dünyanın ən çox qazanan məşqçisi olacaq. Bundan əlavə, rusiyalı biznesmen yeni transferlər üçün çalışdırıcının istədiyi qədər məbləğ ayırmağa da söz verib.
Qeyd edək ki, hazırda “Bavariya”nın “sükanı arxası”nda olan Qvardiola mövsümün sonunda komandanı tərk edəcəyini açıqlayıb.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”