[b]ABŞ – Azərbaycan matçının biletləri 329 dollar olacaq[/b]
18.03.2014 - 11:12
[b]ABŞ – Azərbaycan matçının biletləri 329 dollar olacaq[/b]

Azərbaycan millisinin növbəti yoxlama oyununun biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, mayın 27-də ABŞ-la keçiriləcək görüşü üzləmək istəyənlər indidən elektron biletlər əldə edə bilərlər.

 

Artıq tribuna və sektorlar üzrə qiymətlərin bölgüsü də açıqlanıb. San-Fransiskonun “Kandlestik Park” stadionunda baş tutacaq qarşılaşmaya ən ucuz bilet 87 dollara olacaq. Ən bahalı biletlərin qiyməti isə 329 dollardır.

 

Qeyd edək ki, ABŞ – Azərbaycan oyunu mayın 28-də Bakı vaxtı ilə səhər saat 07:00-da başlayacaq.