[b]AFFA-nın ilk prezidenti vəfat etdi[/b]
16.06.2017 - 23:15
[b]AFFA-nın ilk prezidenti vəfat etdi[/b]

AFFA-nın ilk prezidenti Fuad Musayev rəhmətə gedib. Apasport.az saytının məlumatına görə, mərhum bu gün günorta saatlarında dünyasını dəyişib.

 

Məlumatı AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu da təsdiqləyib. O, əməkdaşımızla söhbətində bu barədə Musayevin ailəsi tərəfindən onlara məlumat verildiyini qeyd edib.

 

Mərhumun böyrək çatışmazlığı ilə əlaqədar tez-tez Moskvaya səfər etdiyi və orda vəfat etdiyi bildirilib.

 

Qeyd edək ki, Musayev Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ilk prezidenti seçilib və uzun müddət AFFA-ya rəhbərlik edib. O, bu ilin yanvarında 79 yaşını qeyd etmişdi.

 

Allah rəhmət eləsin!