[b]AFFA daha bir hakim səhvini aradan qaldırdı[/b]
08.05.2018 - 13:00
[b]AFFA daha bir hakim səhvini aradan qaldırdı[/b]

Bu gün İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXVI turunda baş verənlərlə bağlı qərarlar qəbul olunub.

 

“Qəbələ” – “Keşlə” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimə olunub.

 

“Qarabağ” – “Neftçi” matçında meydan sahibinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat ziyana düşüb.

 

İntizam Komitəsi daha bir hakim səhvini aşkarlayıb. “Səbail” – “Zirə” matçının 33-cü dəqiqəsində qonaqların futbolçusu Riçard Qadzeyə simulyasiyaya görə göstərilən sarı vərəqə ləğv edilib. Buna baş hakim İnqilab Məmmədovun epizodu düzgün qiymətləndirmədiyi müəyyənləşməsi səbəb olub.