[b]AFFA Ermənistan Futbol Federasiyasına etiraz bildirdi[/b]
27.03.2014 - 13:48
[b]AFFA Ermənistan Futbol Federasiyasına etiraz bildirdi[/b]

İşğal altında olan Azərbaycan ərazilərində Ermənistan Futbol Federasiyasının (EFF) təşkilatçılığı ilə məşqçi kursu keçirilir. Apasport.az saytının məlumatına görə, bununla bağlı AFFA qarşı tərəfə etirazını bildirib və UEFA-ya məlumat verib.

UEFA-nın Konqresində iştirak etmək üçün Qazaxıstanın Astana şəhərində səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov UEFA nümayəndələrinə bu barədə məlumat verməklə EFF-nin Azərbaycan ərazisində məşqçi kursları keçirməsindən narazılığını ifadə edib. Məmmədov həmçinin EFF-nin baş katibi ilə də görüşərək AFFA-nın narazılığını bildirib. EFF rəsmisi keçirilən məşqçi kursunun beynəlxalq status daşımadığını deyib və AFFA-nın narazılığının nəzərə alınacağını qeyd edib.

Qeyd edək ki, AFFA 2008-ci ildə UEFA-nın B və A məşqçi kursları konvensiyasına, 2 il sonra isə Pro konvensiyasına qoşulub və konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan ərazisində C, B, A və Pro kurslarını təşkil etmək səlahiyyəti yalnız ölkəmizin ali futbol qurumuna məxsusdur.