Topaz Premyer Liqasının II turunun hakim təyinatları açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmaları idarə edəcək hakimlər briqadası məlum olub.
AFFA Hakimlər Komitəsi FİFA referilərindən Rəhim Həsənovu Gəncəyə göndərmək, Orxan Məmmədovu isə paytaxt derbisinə təyin etmək qərarına gəlib. Maraqlıdı ki, digər FİFA hakimi Əliyar Ağayev bu turda oyun idarə etməyəcək.
Topaz Premyer Liqası
II tur
15 avqust (şənbə)
21:00. “Rəvan” – “Qarabağ”
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Vaqif Musayev, Xəlil Xəlilov
“Bayıl Arena”
21:00. AZAL – “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, İsgəndər Əliyev, Ziya Nəsirov
“AZAL Arena”
16 avqust (bazar)
18:30. “Kəpəz” – “Zirə”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Coşqun Həsənov, Rəvan Həmzəzadə
Gəncə şəhər stadionu
21:00. “Sumqayıt” – “Xəzər Lənkəran”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Kamran Bayramov, Etibar Həsənov
“Kapital Bank Arena”
17 avqust (bazar ertəsi)
21:00. “İnter” – “Neftçi”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Ömər Paşayev
“İnter Arena”