[b]AFFA hakim tapmır: FİFA referisinə 6 gündə 3 oyun[/b]
06.11.2017 - 17:00
[b]AFFA hakim tapmır: FİFA referisinə 6 gündə 3 oyun[/b]

Azərbaycan futbolunda hakim çatışmazlığı davam edir. Apasport.az saytının məlumatına görə, I divizionun VII turuna təyinatları açıqlayan AFFA-nın Hakimlər Komitəsi yenə bir neçə gün öncə matç idarə edənlərə güvənib.

 

Premyer Liqanın həftəsonu keçirilən matçlarında baş hakim kimi meydana çıxan Əliyar Ağayevlə Rauf Cabbarov divizionda da fit çalacaq. Elitada dördüncü hakim olan Orxan Məmmədova da təyinat düşüb.

 

Ağayev 6 gündə 3-cü dəfə baş hakim kimi meydana çıxması xüsusilə diqqət çəkir. Noyabrın 2-də divizionun “Şüvəlan” – “Qaradağ Lökbatan”, 4-də Premyer Liqanın “Sumqayıt” – “Keşlə” matçlarını idarə edən FİFA referisi bu dəfə “Sabah” – “Ağsu” qarşılaşmasında fit çalacaq.

 

I divizion

VII tur
7 noyabr (çərşənbə axşamı)

15:00. MOİK – “Mil-Muğan”
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Maqsud Şıxəliyev, Vüsal Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

15:00. “Sabah” – “Ağsu”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rəşadət Cəfərov, Alik Yunusov
Hakim-inspektor: Rufulla Kərimov
Binə qəsəbə stadionu

8 noyabr (çərşənbə)

15:00. “Binə” – “Turan Tovuz”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Roman Vasilyev, Nahid Xasıyev
Hakim-inspektor: Akif Əliyev
Binə qəsəbə stadionu

15:00. “Qaradağ Lökbatan” – “Xəzər”
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Hüseyn Əsgərov, Nail Nağıyev
Hakim-inspektor: Əlibala Ələsgərov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

15:00. “Zaqatala” – “Şüvəlan”
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Habil Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Qurban Məmmədov
Zaqatala şəhər stadionu