Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az qurumun saytına istinadən xəbər verir ki, toplantıda Regional Liqada baş verən neqativ hallar da hüquqi qiymətini tapıb.
“Energetik” – “Şəmkir” matçının 23-cü dəqiqəsində ev sahiblərinin futbolçusu Tural Məmmədzadə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb. “Energetik”in digər futbolçusu Samir Əliyev isə oyunun 78-ci dəqiqəsində aqressiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyunluq cəzalanıb.
“Şağan” – “Tufan” matçının 90+4-cü dəqiqəsində qonaqların futbolçusu Elçin Əliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq