AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında aşağı yaş qrupu komandaları ilə bağlı sərt qərarlar verilib. Apasport.az saytı xəbər verir ki, hətta komandalardan biri yarışdan kənarlaşdırılıb.
Belə ki, U-13 Qızlar Liqasında baş tutan “Gömrükçü” – “Autizmlilər” matçında qonaqların heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün komanda yarışlardan kənarlaşdırılıb.
Bundan başqa, eyni liqada “Sumqayıt” – UGİM (Xaçmaz) və UGİM (Lənkəran) – “Əhmədli Yunayted” görüşündə meydan sahiblərinin heyətində yetərsay olmadığından, onlara texniki məğlubiyyət verilib.
İntizam Komitəsi “Mingəçevir” - UGİM (Xaçmaz) oyununda yaş limitini pozan hər iki komandaya texniki məğlubiyyət vermişdi. Lakin bu qərardan sonra Qadınlar Liqasının şöbəsi İK-ya məktub ünvanlayaraq, texniki şöbə olaraq səhvə yol verdiklərini və heç bir limitin pozulmadığını bildirib. Bunu nəzərə alan İntizam Komitəsi komandalarla bağlı verdiyi texniki məğlubiyyət qərarını ləğv edib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI