[b]Samir Ələkbərov "Mançester Yunayted"də məşqçi oldu[/b]
31.03.2015 - 10:48
[b]Samir Ələkbərov "Mançester Yunayted"də məşqçi oldu[/b]

AFFA-nın təşəbbüsü ilə Bakıda açılıb, fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbində məşqçi dəyişikliyi baş verib. Apasport.az saytının məlumatına görə, aprelin 1-dən etibarən Samir Ələkbərov məktəbdə ingiltərəli mütəxəssis Mik Bennettin köməkçisi vəzifəsində çalışmağa başlayacaq.

 

O, bu vəzifədə Azərbaycan milli komandasında baş məşqçinin köməkçisi olan Elxan Abdullayevi əvəzləyib.

 

Qeyd edək ki, Azərbaycanın müxtəlif klublarında fəaliyyət göstərmiş Ələkbərov bir müddət idi  heç yerdə çalışmırdı.

 

Mənbə: affa.az