Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Peşəkar Futbol Liqası (PFL) Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə əlaqədar tender elan edib. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tenderdə iştirak etmək istəyən kanallar üçün son müraciət tarixi 3 avqustdu.
Tenderin qalibi olmaq istəyən televiziya kanalları üçün şərtlər bunlardı:
- Premyer Liqanın hər tur minimum 2 oyunu canlı yayımlansın
- Oyunları yayımlayacaq televiziya kanalında mövsümü əhatə edən həftəlik futbol verilişi hazırlansın
- AFFA-nın təşkil etdiyi liqaların hər həftə minimum 1 oyunu canlı və ya videoyazı şəklində yayımlansın
Qeyd edək ki, tenderin məbləği 1 milyon manatdı. Bu vəsait Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək.
Tenderin qalibi oyunların görüntülərini yaymaq, satmaq, hər hansı digər yayımçıya vermək səlahiyyətinə malik olacaq. Bundan əlavə, tenderin qalibi üçün stadionda reklam bannerləri üçün yer ayrılacaq.
Oyunların vaxtı 10 gün əvvəlcədən PFL və televiziya kanalı tərəfindən birgə müəyyənləşdiriləcək.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ