[b]Alesio 3 futzalçıdan imtina etdi[/b]
01.12.2017 - 12:19
[b]Alesio 3 futzalçıdan imtina etdi[/b]

Futzal üzrə Azərbaycan milli komandasının yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, braziliyalı baş məşqçi Joze Alesio da Silva  İranda keçiriləcək “4 Top Nations” turnirində güvənəcəyi “14-lüy”ü müəyyənləşdirib.

 

Təlim-məşq toplanışına 17 futzalçı çağıran mütəxəssis bu oyunçuların 3-dən imtina edib. Belə ki, dekabrın 2-dən 7-dək İranın İsfahan şəhərində keçiriləcək yarışa Anar Məmmədov, Xətai Bağırov və Nihat İsmayılov aparılmayacaqlar.

 

Alesionun şans verəcəyi heyət isə belədi: Samir Həmzəyev, Emin Kürdov (hər ikisi EKOL),  Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Eduardo Mello Borges, Everton Kardosa, Karvalho Vilela Dos Santos, Thiaqo Teles Martins, Qabriel Bastos, İsa Atayev, Ramiz Çovdarov (hamısı “Araz”), Vassoura ("Al Dhafra”, BƏƏ), Renat Sultanov və Seymur Məmmədov (hər ikisi “Marafon Futsal”).

 

Mənbə: affa.az