“Yuventus”da baş məşqçi dəyişikliyi olacaq. Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı Massimiliano Alleqri Britaniya mətbuatına açıqlamasında ayrılıq siqnalı verib.
51 yaşlı mütəxəssis artıq İtaliyada işinin qalmadığını bildirib. O, ölkə xaricində çalışmaq vaxtının gəldiyini də sözlərinə əlavə edib.
Alleqri bu mövsüm uğursuz çıxış edən “Çelsi”nin “sükanı arxası”na keçməyə yaxındı. Onun bu postda həmyerlisi Antonio Konteni əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, “Yuventus” Massimiliano Alleqrinin rəhbərliyi altında 3 dəfə İtaliya çempionu olub, eyni sayda ölkə kubokuna sahib çıxıb.