[b]Almaniya millisi Rusiyada oynayacaq [/b]
14.07.2014 - 11:35
[b]Almaniya millisi Rusiyada oynayacaq [/b]

Braziliyada keçirilən dünya çempionatının qalibi adını qazanan Almaniya millisi bu uğuru ilə Konfederasiyalar kubokuna vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, hər mundialdan 1 il əvvəl təşkil olunan yarış 2017-ci ildə Rusiyada baş tutacaq.

 

Bundestim meydan sahiblərindən sona həmin turnirə qatılacaq ikinci komanda olub. Yarışa digər 6 vəsiqə isə konfederasiyaların çempionatlarının qaliblərinə veriləcək. Əgər Almaniya 2 il sonra Fransada Avropa çempionu da olmağı bacarsa, qitə ikincisi Rusiyada qüvvəsini sınayacaq. Finalda gözlənilməz Almaniya – Rusiya finalı baş tutsa, yarımfinalçılardan biri Konfederasiyalar kubokuna qatılacaq.

 

Qeyd edək ki, Almaniya 1999 və 2005-ci illərdə yarışa qatılıb. İlk cəhddə Avropa çempionu, 9 il əvvəl isə təşkilatçı kimi çıxış edən Bundestim bu turnirdə ən yaxşı halda 3-cü olub.